İnsan necə xəlq olunub?


Digərləri 22 Mar 2020 23:45:00 148 0

İnsan necə xəlq olunub?

Allahın varlığını bir neçə yolla isbat etmək olar. Onlardan biri də xəlq etdiklərinin nə qədər qüdrətli və möcüzəvi xarakterə malik olmasıdır.

Allahın xəlq etdikləri içərisində insanın yeri başqadır. İmam Əli (ə) insanın xilqəti barəsində buyurur: "Əzəmətli Allah təbiətin müxtəlif torpaqlarından elə bir palçıq əldə etdi ki, torpaqdan yumşaq, hamarsızdır. Palçığa şirin və şor su tökdü və məhəbbət təri ilə onu yoğurdu. Ondan bir üz düzəltdi. Bədən və ayrı üzvlərini düzəltdi. Sonra onları birləşdirdi ki, vahid olsun. Bir müddət sonra sərtləşdi. Belə ki, əgər üzərindən külək əssəydi, səsi qulağa dəyərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, sonra Öz ruhundan ona üfürdü ki, insan şəklinə düşsün. Allah ona elə zehin verdi ki, həmin zehni onun üçün işə salsın, elə düşüncə verdi ki, onunla Ona təslim olsun, elə əl və ayaq verdi ki, ona xidmət etsin.

Ona elə elm verdi ki, haqqı batildən ayırsın. Dadbilmə, iybilmə, rəngbilmə və başqa şeyləri tanımaq gücünü verdi". (Beytutə)