AzTV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək


Digərləri 22 Mar 2020 18:31:00 116 0

AzTV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ödəyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq vəsait AzTV əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən və reklam gəlirlərindən həyata keçiriləcək.

AzTV kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.