Koronaya yoluxanların sayı 300 mini keçdi


Dünya 22 Mar 2020 18:24:00 119 0

Koronaya yoluxanların sayı 300 mini keçdi

"COVİD-19" virusuna yoluxanların sayı dünya üzrə 300 mini keçib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, koronavirus epidemiyasından ölənlərin sayı 13 642 nəfərdir.

95 949 nəfər xəstəlikdən sağalıb. Hazırda 207 707 aktiv xəstə var.  Epidemiya ümumilikdə 167 ölkədə yayılıb.