Rusiya sinəsini qabağa verdi


Dünya 22 Mar 2020 17:59:00 131 0

Rusiya sinəsini qabağa verdi

Rusiya Prezidenti Vladimir Putin İtaliya hökumətinə koronovirusun yayılması ilə mübarizədə kömək göstərməyə söz verib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə o, İtalyanın Baş naziri Cüzeppe Konti ilə telefon danışığı zamanı bildirib.

Kremldən bildiriblər ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub: "İtaliya tərəfinin müraciətini cavab olaraq Rusiya prezidenti vacib kömək göstərməyə hazır olduğunu təsdiq edib və konkret parametrləri izah edib".

Moskva koronovirusdan daha çox əziyyət çəkən regionlarda işləyən italiyalı həkimlərə kömək üçün rusiyalı tibb işçilərini göndərəcək. Bundan əlavə, Rusiya müdafiə vasitələri, tibbi ləvazimatlar, nəqliyyat və ərazinin dezinfeksiya edilməsi üçün "Kamaz" bazasında mobil komplekslər göndərəcək.

Bütün yardımlar Müdafiə nazirliyinin xətti ilə təşkil olunacaq və Rusiya Hava Kosmik Qüvvələrinin təyyarələrindən istifadə olunacaq.