Güclü zəlzələdən sonra Xorvatiyadan ilk görüntülər - YENİLƏNİB 2 + VİDEO


Dünya 22 Mar 2020 17:45:00 190 0

Güclü zəlzələdən sonra Xorvatiyadan ilk görüntülər - YENİLƏNİB 2 + VİDEO

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ baş verib.

Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında baş verən zəlzələdən sonra mövcud vəziyyətiözündə əks etdirən videogörüntülər yayımlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində binaların fasadlarının çərçivələri insanların istifadə etdiyi səkinin kənarına düşüb.

Bir çox daş parçaları avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrini yararsız hala salıb. Görüntülərdən bəlli olur ki, son 140 il ərzində baş verən güclü zəlzələ şəhərə ciddi ziyan vurub.

Посмотреть эту публикацию в Instagram Публикация от @tuna_caki 22 Мар 2020 в 12:11 PDT

***13:12

Xorvatiyada baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.

“Report” un məlumatına görə, bu barədə “Reuters” hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Zaqreb şəhərində dağılmış binanın dağıntıları altından bir uşağın meyiti aşkarlanıb.

***10:38

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.24 (Bakı vaxtı ilə - 09:24) radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.