İyirmi min könüllü ölümə atıldı


Dünya 22 Mar 2020 17:29:00 135 0

İyirmi min könüllü ölümə atıldı

İyirmi min könüllü koronavirusa qarşı vaksinin tapılması naminə onların üzərində təcrübə aparılmasına razı olub.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, könüllülər Britaniyanın "hVIVO" qrupunun proqramına yazılıblar. Bildirilir ki, yeni tip koronavirusun müalicəsi üçün hələlik dərmanlar tapılmadığından könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar.

Yoluxmadan sonra onlar iki həftə karantində qalacaqlar. Təcrübədə iştirak edən hər kəsə 3500 Britaniya funtu ödəniləcək.