Italiyada gün ərzində koronavirusdan 600-dən çox insan ölüb


Dünya 20 Mar 2020 21:48:49 152 0

Italiyada gün ərzində koronavirusdan 600-dən çox insan ölüb

İtaliyada koronovirus qurbanların sayı sutka ərzində yeni rekord qırıb – 627 ölü, sağalanların sayı da xeyli artıb

İtaliyada koronavirus qurbanların sayı sutka ərzində yeni rekord qırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib.

Dünən İtaliyada koronovirus qurbanların sayı 3,4 min nəfər çatıb – ölkə artıq Çini bu göstəriciyə görə qabaqlayıb.

“Bu gün biz 689 sağalma faktını qeyd etmişik, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, - Borelli axşam brifinqdə bildirib.

Hal-hazırda koronavirusa təxminən 38 min italiyalı yoluxub, sutka ərzində bu göstərici 4 670 nəfərə artıb. Martın 19-u yoluxanların sayı 4,5 min nəfərə artıb, bundan əvvəl sutka ərzində artım 3 min nəfər təşkil edirdi.