Dəhşətli qətlin detalları


Kriminal 20 Mar 2020 21:45:00 170 0

Dəhşətli qətlin detalları

Bərdə rayonunda oğulun atasını öldürməsi ilə bağlı detallar məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 19-u saat 19 radələrində rayonun Mirzəxan kəndində baş verib. Namiq Mustafayev birgə yaşadıqları evdə məişət zəminində yaranmış mübahisə zamanı atası Əkbər Mustafayevin ürəyindən bir bıçaq zərbəsi vurub.

Ə. Mustafayev vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.