Gürcüstan hökuməti ölkənin quru sərhədkeçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradacaq


Dünya 20 Mar 2020 21:15:00 153 0

Gürcüstan hökuməti ölkənin quru sərhədkeçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradacaq

Gürcüstan hökuməti ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.

Onun sözlərinə görə, hökumətin qəbul etdiyi qərara əsasən, əlavə karantin yerləri Rusiya ilə Gürcüstan arasındakı "Lars", Gürcüstan ilə Azərbaycan arasındakı "Qırmızı körpü" və Gürcüstan ilə Türkiyə arasındakı "Sarp" sərhəd-keçid məntəqələrinə yaxın ərazilərdə təşkil olunacaq.

"Bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək" - deyə, İ.Çikovani vurğulayıb.