Bu simptomlar xərçəngin əlaməti deyil MARAQLI SİYAHI


Digərləri 20 Mar 2020 20:24:00 155 0

Bu simptomlar xərçəngin əlaməti deyil  MARAQLI SİYAHI

Çox zaman mətbuatda onkoloji xəstəliklərin əlamətləri ilə bağlı yazılar yayılır, az qala hər xırda simptom xərçəngə bağlanılır. Artıq insanlarda bir xof var. Əslində xərçəng kiçik bir əlamətdən başlaya bilər.

Amma mütəxəssislər indi də xərçəngə işarə olmayan əlamətləri açıqlayıblar.

Əgər bu əlamətlər varsa, dərhal xərçəngə yozmayın, ümumiyyətlə bunlar onkoloji xəstəlik deyil.

Son.az medicina.az-a istinadən həmin simptomları təqdim edir:

- Müntəzəm baş ağrıları - davamlı başı ağrıyanlar yəqin beyində şiş var deyə şübhələnir. Amma illərlə davam edən boyun, baş, onurğa ağrıları onkologiyaya aid deyil. Çünki beyin, onurğa şişlərində ağrı gec olur, olsa da dözülməz olur və xəstə bu qədər illəri yaşamır.

- Bədəndə qəfil səbəbsiz ağrı və yüksək hərarət - xərçəng belə qəfil özünü göstərmir.