Rusiyada koronavirusa yoluxma hallarının sayı 253ə çatıb


Dünya 20 Mar 2020 19:39:00 132 0

Rusiyada koronavirusa yoluxma hallarının sayı 253ə çatıb

Rusiyada yeni bir növ koronavirusla yoluxma hallarının sayı son sutka ərzində 253-ə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın yeni koronavirus infeksiyasının qarşısının alınması və mübarizəsi üzrə əməliyyat qərargahından bildiriblər.

Bildirilib ki, son sutka ərzində doqquz bölgədə Rusiya Federasiyası vətəndaşları arasında 54 koronavirus infeksiyasına yoluxma faktı qeyd edilib:

"Rusiya Federasiyasında bu gün 253 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb".