Tacikistan bütün beynəlxalq reysləri bağlayıb


Dünya 20 Mar 2020 19:44:00 138 0

Tacikistan bütün beynəlxalq reysləri bağlayıb

Koronavirus təhlükəsi ilə bağlı Tacikistan martın 20-dən Düşənbədən xarici ölkələrə uçan və paytaxta gələn bütün beynəlxalq reysləri iki həftəliyə bağlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda jurnalistlərə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri İkrom Subhonzoda məlumat verib. O deyib ki, bu yerli reyslərə aid deyil və Düşənbə-Xocənd, Düşənbə-Kulyab və Düşənbə-Xaroq reysləri əvvəlki rejimdə işləyəcək.

Xatırladaq ki, indiyədək Tacikistanda koronavirus aşkar edilməyib. Bununla belə, fevralın 1-dən martın 18-dək 1890 adam karantində olub, onların 1426-sı evə buraxılıb.