Şinzo Abe böyük tədbirlərin təşkilatçılarına çağırış edib


Dünya 20 Mar 2020 19:19:00 132 0

Şinzo Abe böyük tədbirlərin təşkilatçılarına çağırış edib

Yaponiyanın Baş naziri Şinzo Abe böyük tədbirlərin təşkilatçılarını yeni koronovirusun yayılması təhlükəsinin hələ də davam etdiyinə görə, ehtiyatlı olmağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ş.Abe martın 20-da, koronovirusla mübarizə üzrə operativ qrupun mütəxəssislər tərəfindən virusun yayılmasının qarşısının alınması məqsədilə irəli sürdükləri təkliflərdən bir gün sonra keçirilən iclasında çıxışı zamanı bildirib.

Həmin mütəxəssislər qrupu könüllü şəkildə tədbirlərin təşkilindən imtina, həmçinin məktəblərin bağlanması və kütləvi aksiyaların dayandırılmasının yeni koronovirusun yayılması ilə mübarizədə mühüm rol oynadığını qeyd edib.

Eyni zamanda, qrup üzvləri həmin addımların dayandırılacağı zaman cəmiyyətin virusun sürətli yayılması ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq da ediblər. Onlar cəmiyyət üzvlərini insanların çox toplaşdığı və havası gec dəyişən yerlərdən uzaq olmağa çağırıblar.

Baş nazir deyib ki, böyük tədbirlərin təşkilatçıları mütəxəssislərin rəyinə xüsusi diqqətlə yanaşmalı və ehtiyatlı davranmalıdırlar.