Bu ölkədə məktəb tətili oktyabradək uzadıldı


Digərləri 20 Mar 2020 18:15:00 180 0

Bu ölkədə məktəb tətili oktyabradək uzadıldı

Küveytin Maarif və ali təhsil naziri Saud əl-Hərbi 12-ci sinif şagirdləri istisna olmaqla, digərlərinin tətilinin oktyabrın 4-dək davam edəcəyini, sonuncu sinifdə təhsil alanların isə məktəblərə avqustun 8-də qayıdacağını açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir deyib:

"12-ci sinfə keçən şagirdlər əvvəlki təhsil ilinin ikinci semestrini beş-altı həftə ərzində bitirmək üçün avqustun 8-dən dərslərinə davam edəcək, onlar üçün yeni tədris ili dekabrda başlayacaq. 1-11-ci sinif şagirdlərinin dərsləri isə oktyabrın 4-də başlayacaq. Məktəblərin rəhbərliyi və onların əməkdaşları işə avqustun 4-də qayıdacaqlar".

Onun sözlərinə görə, ölkədə təhsil müəssisələrinin bu qədər uzun müddətə bağlanması qərarı Küveyt Səhiyyə Nazirliyinin məruzələrinə əsaslanaraq, qəbul edilib.