Uşaqlıqda polip Səbəblər, əlamətlər


Digərləri 20 Mar 2020 18:05:00 179 0

Uşaqlıqda polip  Səbəblər, əlamətlər

Uşaqlıqda (rəhimdə) poliplər hazırda geniş yayılmış, gənc qadınlarda da rast gəlinən patologiyadır. BAşlanğıcda simptomsuz, ağrısız keçdiyi üçün gec aşkar olunur. Çox sonsuzluqların səbəbi də polip olur. Əgər aşkarlandısa, əsas müalicə metodu cərrahi əməliyyatla onun ləğvidir.

Son.az medicina.az-a istinadən qadınların qorxulu kabusu poliplərin yaranma səbəblərini təqdim edir:

Əslində polip endometriyanın hiperplaziyasının ocaqlı nəticəsidir. Uşaqlığın daxili qişasının patoloji qabarması, artması səbəbindən tək və çoxsaylı xoşxassəli ayaqcıqlı törəmələr çıxır.

İlk başda və kiçik olanda heç bir simptom vermir. Poliplər böyüdükdə əlamətlər başlayır.

Buna:

- Qarının aşağısında ağrı, sancı - menstruasiya olmayan dövrdə qanlı axıntı - Hamilə qala bilməmək və s

Çox hallarda poliplər uşaqlıqdan kənara qədər çıxmır, amma bəzən bu sərhədi keçərək uşaqlıq yoluna kimi uzanır. Müasir tibb polipləri uşaqlıq xərçənginin xəbərçisi kimi qəbul edir və aşkarlandıqda mütləq şəkildə xaric edilməsini tövsiyyə edir.

Poliplərin yaş həddi yoxdur: gənc və yaşlı qadınlarda görülə bilir. Cərrahi əməliyyatdan sorna da residiv verə, yəni təkrar çxıa bilər.

Bu xəstəliyin ən birinci təsiri sonsuzluqdur. Eləcə də yeni poliplər düşüklərə, vaxtından əvvəl doğuma səbəb ola bilər. Statistika göstəririr ki, 25% qadınlarda uşaqlıq sonsuzluğunun səbəbi endometriyanın polipləridir.

Yaranma səbəbləri: