Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib


İqtisadiyyat 20 Mar 2020 17:44:45 191 0

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib

Rusiya Mərkəzi Bankı bu gün keçirilən Direktorlar Şurasının iclasında uçot dərəcəsini dəyişdirməyərək 6% səviyyəsində sabit saxlayıb.

Rusiya Mərkəzi Bankı bu gün keçirilən Direktorlar Şurasının iclasında uçot dərəcəsini dəyişdirməyərək 6% səviyyəsində sabit saxlayıb.

"Report"un məlumatına görə, bu barədə tənzimləyici qurum məlumat yayıb.

"Gələcəkdə Rusiya Bankı hədəfə nisbətdə inflyasiyanın faktiki və gözlənilən dinamikasını, iqtisadiyyatın proqnoz üfüqdə inkişafını, həmçinin daxili və xarici riskləri və maliyyə bazarlarının onlara reaksiyasını nəzərə alaraq əsas faiz dərəcəsi ilə əlaqədar qərarlar qəbul edəcək", - məlumatda deyilir.

Bu toplantı Rusiya BankıDirektorlar Şurasınınbu il uçot dərəcəsi ilə bağlı ikinci iclasıdır. Ötən il fevralın 8-i, martın 22-si və aprelin 26-da keçirilmiş iclaslarda Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib və ötən ilin iyunun14-ü, iyulun 26-sı, sentyabrın 6-sı, oktyabrın 25-i, dekabrın 13-ü və bu il fevralın 7-də isə uçot dərəcəsini endirib.

“2018-ci ilin sentyabr və dekabr aylarında tənzimləyici qurum pul siyasətini iki dəfə sərtləşdirdi. Beləliklə, Mərkəzi Bank maliyyə sabitliyi və inflyasiyanı sürətləndirmək üçün mümkün təhdidlərə reaksiya göstərdi”, - Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib.

Mərkəzi BankınDirektorlar Şurasınınuçot dərəcəsi ilə bağlı növbəti iclası aprelin 24-nə təyin edilib.