Almaniyada koronavirusa yoluxanların sayı kəskin artdı


Dünya 20 Mar 2020 17:47:09 167 0

Almaniyada koronavirusa yoluxanların sayı kəskin artdı

Pandemiya Almaniyanı cənginə alıb

Almaniyada daha 2 052 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində son 1 gündə 3 nəfər koronavirusun qurbanı olub.

Beləliklə, Almaniyada COVID-19 daşıyıcılarının sayı 17 372-yə, virusdan ölənlərin sayı isə 47-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 183 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 254 701-ə çatıb. Bunların 89 071 nəfəri sağalıb, 10 447 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.