Asiya İnkişaf Bankı illik toplantısının vaxtını dəyişib


İqtisadiyyat 20 Mar 2020 17:54:48 166 0

Asiya İnkişaf Bankı illik toplantısının vaxtını dəyişib

Koronavirusa (COVID 19) görə Asiya İnkişaf Bankının (ADB) 53-cü illik toplantısının vaxtı dəyişdirilib

Koronavirusa (COVID 19) görə Asiya İnkişaf Bankının (ADB) 53-cü illik toplantısının vaxtı dəyişdirilib.

"Report" xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası qərar qəbul edib.

Qərara görə, məlum səbəbdən tədbir iki hissədən ibarət olacaq. Birinci tədbir mayın 22-də ADB-nin Maniladakı baş qərargahında hökumətlərin rəsmiləri, yaxud onların təyin etdikləri nümayəndələrin iştirakı ilə baş tutacaq.

Daha geniş tərkibli illik görüş isə sentyabrın 18-21 tarixlərində Koreyanın İnçeon şəhərində baş tutacaq.

Qeyd edək ki, hər il may ayının ilk yarısında keçirilən İllik Toplantı bu il üçün 2-5 may tarixinə nəzərdə tutulmuşdu.

Təşkilatçılar qeydiyyatdan keçən və dəvət alan şəxsləri narahat olmamağa çağırıblar, onların qeydiyyatlarının və dəvətlərinin qüvvədə olduğunu bildiriblər. Həmçinin sentyabrda keçiriləcək İllik Toplantı qabağı yenidən xəbərdarlıq və dəvət göndəriləcəyi qeyd edilib.

Xatırladaq ki, ADB-nin 48-ci illik toplantısı 2015-ci ilin 2-5 may tarixlərində Bakıda keçirilib.

Qeyd edək ki,Azərbaycan 1999-cu ildəADB-yə üzv olub.Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard ABŞ dollarına yaxın vəsait ayırıb.