Rusiyada koronavirusa yoluxanların sayı artdı


Dünya 20 Mar 2020 16:22:57 155 0

Rusiyada koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirus daşıyıcılarının sayı artıb

Rusiyanın Saxa Respublikasında (Yakutiya) 6 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın hökuməti yanında operativ qərargah açıqlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 252 850-yə çatıb. Bunların 89 061 nəfəri sağalıb, 10 405 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.