DSX sərhəd pozucularını zərərsizləşdirdi


Sosial 20 Mar 2020 14:42:20 51 0

DSX sərhəd pozucularını zərərsizləşdirdi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə,2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açıl­ıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq, silah tətbiq olunub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunub.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıb.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İİR vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib. Novruz bayramı münasibətilə Azərbaycan Respubli­kasının Pre­­zi­denti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əli­ye­vin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zasta­va­sının şəx­si heyətinə çatdırıb və bu bayram münasi­bətilə təbrik edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
İranda koronavirusdan ölәnlәrin sayı artıb like
  • 20 Mar 14:39  
Dünya İranda koronavirusdan ölәnlәrin sayı artıb

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı

arrow Ətraflı
DİN koronavirus şübhəsi olan xəstənin qaçması ilə bağlı məlumat yaydı like
  • 20 Mar 14:34  
Digərləri DİN koronavirus şübhəsi olan xəstənin qaçması ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılması hallarının qarş

arrow Ətraflı
HDQ-də taktiki təlim keçirildi - VİDEO like
  • 20 Mar 14:32  
Sosial HDQ-də taktiki təlim keçirildi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 20 Mar 14:25  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Bu maddə ürəkdamar xəstəliklərinin əsas səbəbidir  Xolesterin deyil like
  • 20 Mar 14:20  
Digərləri Bu maddə ürəkdamar xəstəliklərinin əsas səbəbidir Xolesterin deyil

Adətən biz xolesterini ürək-damar sisteminin əsas "düşməni" ki

arrow Ətraflı
Azərbaycanda karantindən qaçan həkim saxlanıldı like
  • 20 Mar 14:17  
Sosial Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

"Məlum olduğu kimi, Koronavirus infeksiyasının yayılması hallarının qar

arrow Ətraflı
Dəmir məhəccərlər oğurlayan şəxs saxlanıldı  FOTO like
  • 20 Mar 14:15  
Kriminal Dəmir məhəccərlər oğurlayan şəxs saxlanıldı FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "H

arrow Ətraflı
Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırılır like
  • 20 Mar 14:10  
Dünya Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırılır

Gürcüstan koronavirus infeksiyasının (Covid-19) yayılma riskini azaltmaq ü

arrow Ətraflı
Koronavirusdan qorunmaq üçün göz gigiyenası xəbərdarlığı like
  • 20 Mar 14:05  
Digərləri Koronavirusdan qorunmaq üçün göz gigiyenası xəbərdarlığı

Kontakt linzaları istifadə edənlər koronavirusdan qorunmaq üçün gigiyenay

arrow Ətraflı
Azərbaycan XİN koronavirusla bağlı xarici ölkələrdəki vəziyyətə dair məlumatlar toplayır like
  • 20 Mar 14:00  
Digərləri Azərbaycan XİN koronavirusla bağlı xarici ölkələrdəki vəziyyətə dair məlumatlar toplayır

Koronavirus pandemiyasının yayılması ilə bağlı bütün ölkələrdə, o c

arrow Ətraflı
YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək like
  • 20 Mar 13:55  
Digərləri YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının q

arrow Ətraflı
YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək like
  • 20 Mar 13:50  
Siyasət YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının q

arrow Ətraflı