Azərbaycan Cənubi Qafqazda ən xoşbəxt ölkədir - REYTİNQ


Dünya 20 Mar 2020 14:54:02 188 0

Azərbaycan Cənubi Qafqazda ən xoşbəxt ölkədir - REYTİNQ

BMT-nin 2020-ci il üçün “World Happiness” reytinqi açıqlanıb.

© Report/Firudin Salimov

BMT-nin 2020-ci il üçün “World Happiness” reytinqi açıqlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, siyahıda Cənubi Qafqaz ölkələri də yer alıb.

Reytinqə əsasən, Azərbaycan bölgədə ən xoşbəxt ölkədir.

Belə ki, Azərbaycan 5,165 balla siyahıda 89-cu yerdə qərarlaşıb. Gürcüstan 4,673 balla 117, Ermənistan isə 4,677 balla 116-cı yeri tutub.

Finlandiya ən xoşbəxt ölkələr arasında liderliyi qoruyub saxlayıb. İkinci yerdə Danimarka, üçüncü yerdə isə İsveçrədir. İlk beşliyə İslandiya və Norveç də daxil olub.

Ən xoşbəxt ölkələrin siyahısının tərtib olunmasında adambaşına düşən ÜDM, həyat davamlılığı, sosial müdafiə, korrupsiyanın səviyyəsi və digər göstəricilər əsas götürülüb.

Qeyd edək ki, bu gün dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.