Psixotrop dərmanlar satan aptek müdiri və daha 3 nəfər saxlanıldı FOTO


Kriminal 20 Mar 2020 15:00:00 187 0

Psixotrop dərmanlar satan aptek müdiri və daha 3 nəfər saxlanıldı  FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiedici xassəyə malik "Tramadol 200" həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxslərin tramadol hədbərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tuutularaq istintaqa cəlb edilib. Onun üzərində və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb. Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd "Tramadol 200" aşkar olunaraq götürülüb.