Bu maddə ürəkdamar xəstəliklərinin əsas səbəbidir Xolesterin deyil


Digərləri 20 Mar 2020 14:20:00 177 0

Bu maddə ürəkdamar xəstəliklərinin əsas səbəbidir  Xolesterin deyil

Adətən biz xolesterini ürək-damar sisteminin əsas "düşməni" kimi görürürk. Lakin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən bir çox insanlarda xolesterin normada olur.

Digər tərəfdən yüksək xolesterinin salınmasına yönəlmiş müalicə  da bəzən heç bir effekt vermir.

Mütəxəssislər qeyd edir ki, əslində ürək və damarların əsas düşməni heç də xolesterin deyil, homosisteindir. Son.az saglamolun.az-a istinadən bildirir ki, bu haqda rusiyalı həkim-endokrinoloq, diabetoloq Dilyara Lebedeva məlumat verib.

Homosistein orqanizmdə əmələ gələn aminturşusudur. Fol turşusu, B6 və B12 vitaminlərinin təsirindən homosistein orqanizmdən xaric olunur. Lakin bu vitaminlərin çatışmazlığı və bzəi digər səbəblər nəticəsində homosistein orqanizmdə toplanaraq damarların divarlarını zədələyir, onları daha boş və yumşaq edir ki, nəticədə xolersterin belə damarlarda daha asan və tez yığılır. Bilmək lazımdır ki, saglam və möhkəm damarlarda xolesterin yığılmır. Beləliklə, məhz homosistein ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun inkişafına təkan verir.

Həkim qeyd edib ki, homosisteinin orqanizmdə optimal səviyyəsi 5-7 mkmol/l. Onun 5 mkmol/l və daha çox qalxması aterosklerozun riskini qadınlarda 80, kişilərdə 60% qaldırır.