İranda koronavirusdan ölәnlәrin sayı artıb


Dünya 20 Mar 2020 14:39:00 479 0

İranda koronavirusdan ölәnlәrin sayı artıb

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 1 433 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Әlirza Rәisi deyib.

Ә.Rәisinin sözlərinə görə, ötən sutka ərzində 149 nəfər dünyasını dəyişib, 1 237 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb. Ümumilikdə, 19 644 nəfər bu virusa yoluxub. 6 745 nәfәr isə sağalıb.