Dəmir məhəccərlər oğurlayan şəxs saxlanıldı FOTO


Kriminal 20 Mar 2020 14:15:00 198 0

Dəmir məhəccərlər oğurlayan şəxs saxlanıldı  FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Hövsan 1" stansiyasının ərazisindən dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Suraxanı rayonunda yerləşən "Hövsan 1" stansiyasının ərazisindən hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərlər naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olan kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində dəmir məhəccərlərin Göyçay rayon sakini, əvvəllə məhkum olunmuş Aqil Hacıyev tərəfindən törədildiyi məlum olub.

Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, A.Hacıyev oğurladığı dəmir məhəccərləri metal qəbul məntəqələrindən birinə dəyər-dəyməzinə satıb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.