Sumqayıtda qanunsuz fəaliyyət göstərən marşurutlara qarşı reyd keçirildi


Sosial 20 Mar 2020 13:24:56 120 0

Sumqayıtda qanunsuz fəaliyyət göstərən marşurutlara qarşı reyd keçirildi

Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dizenfeksiya olunmayan marşurutlara qarşı reyd keçirilib.

© Report

Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlara qarşı reyd keçirilib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə,Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsivə "Sumqayıt Nəqliyyat" MMC-nin xidməti ərazisində qeydiyyatda olan avtomobillərin və sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna səfər etmələrinin, eləcə də həmin istiqamətlərə qanunsuz sərnişin daşımalarının qarşısının alınması məqsədilə zəruri təbliğat və təşviqat işləri aparılıb.

Bildirilib ki, sərnişinlər dezinfeksiya olunan nəqliyyat vasitələrindən istifadə etməklə yalnız avtovağzal vasitəsilə istədikləri ünvana gedib qayıda bilərlər.

Bu kimi reydlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək