Yeni Galaxy Z Flip Samsungun təqdim etdiyi, inanılmaz "qatlanan" smartfon


Digərləri 20 Mar 2020 10:00:00 176 0

Yeni Galaxy Z Flip  Samsungun təqdim etdiyi, inanılmaz "qatlanan" smartfon

"Bükülən" Galaxy Fold-un ictimaiyyətə təqdim edilməsi, qatlanan smartfonların yaxın gələcəkdə hansı səmtdə inkişaf edəcəyi barədə müəyyən bir fikir formalaşdırmağa imkan yaratdı. Lakin, Galaxy Z Flip dünyaya tanıdılandan sonra bir daha əmin olduq ki, Samsung innovasiyaları bizi hələ də təəccübləndirməyə qadirdir. Belə ki, smartfonun səciyyələndirdiyi yeni qatlanan cihaz xətti, hətta ilk baxışdan belə əvvəlki modellərdən fərqlənir, buna misal olaraq Galaxy Fold şaquli "bağlandığı" halda, Z Flip üfüqi "bükülür". Həmçinin, indi smartfon toz və kir hissəciklərininin işlək mexanizmə daxil olmasının qarşısını alan xüsusi neylon liflərdən ibarət oynaqla təchiz edilmişdir.

Yeni smartfon ideal ölçülərə malikdir və yığcamdır, qatlandıqda isə rahatlıqla cibinizə və ya ovucunuza yerləşə bilir. Qatlanan panel, 21: 9 nisbətində, Full HD + icazəli və HDR10 + texnologiyasını dəstəkləyən 6.7" Dinamik AMOLED ekran ilə təchiz olunmuşdur. Galaxy Z Flip -in əyilgən, sərhədsiz ekranı, canlı rənglərlə ifadə edilən məzmundan zövq almanız üçün yaradılmışdır. Sözü gedən bu displey, zərərli şüa miqdarını minimallaşdıraraq, gözlərə tətbiq olunan təzyiqi azaldır. Həmçinin, yeganə "oyuğu" 10 MP-lik ön kamera üçün nəzərdə tutulmuş ekranın, kiçik ölçülü çərçivələri sayəsində displey üzərində baş verənlərin ab-havasına rahatlıqla dalmağa imkanı yaradır.   Əlavə olaraq, Galaxy Z Flip geniş və baxış bucağı  123 dərəcə təşkil edən ultrageniş obyektivlə təmsil olunan ikili modullu əsas kamera ilə təchiz edilmişdir. Hər iki kamera 12 MP icazəyə malik olub, fərqli apertura ilə ifadə olunmuşdurlar. Belə ki, geniş bucaqlı sensor - f / 1.8, OIS, ultra geniş bucaqlı isə - f / 2.2 işıq gücünə sahibdir.

Sözü gedən kameralar, Hands-free, Night Camera və Quick Selfie kimi bir neçə rejimdə məzmun çəkməyə imkan verir. Adından da göründüyü kimi, Hands-free kamera rejimi smartfonu əlinizdə tutmadan selfie çəkməyə və video zəng vasitəsi ilə əlaqə yaratmağa kömək edir. Belə ki, sadəcə smartfonunuzu hər hansı bir səthə yarı açıq halda qoyaraq, ünsiyyət azadlığından zövq ala biləcəksiniz. Gecə çəkilişi rejimi isə yalnız günün işıqlı vaxtında deyil, həm də gecə vaxtı yüksək keyfiyyətli şəkillər çəkməyə kömək edir. Beləliklə, avtomatik olaraq eyni anda bir neçə şəkil qeydə alan smartfon onları mükəmməl bir təsvirdə birləşdirərək, sizə ideal nəticə təqdim edir. Həmçinin, burada siz Night Giperlaps və ştativ rolunu oynayan xüsusi ekran fiksasiya mexanizminin köməyi ilə gecə çəkilişini yenidən kəşf edə biləcəksiniz.

Smartfonun təchiz edildiyi xüsusi kiçik "ekran" sayəsində  isə siz Quick Selfie rejimindən də yararlana bilərsiniz. Beləliklə, diaqonalı 1,1"  təşkil edən "kiçik" ekran sayəsində, siz əsas kamera ilə çəkilmiş selfie-lərin nəticəsini real zaman çərçivəsində görə bilərsiniz. 300 x 112 piksel icazəsi olan Super AMOLED ekran sadəcə mükəmməl selfie yaratmaq üçün əla köməkçi deyil, həm də üzərində tələb olunan məlumatı əks etdirən lövhədir. Burada, hətta smartfon "qatlandıqda" belə, bildirişlər "mini ekran" üzərində qeyd olunur. Belə ki, sözü gedən displey vasitəsi ilə enerji sərfiyyatına qənaət edərək, smartfonu açmadan zəngləri qəbul etmək, hazır mesajlar vasitəsi ilə isə ismarıcları cavablandırmaq mümkündür.

Enerji sərfiyyatından söz açmışkən, qeyd etmək lazımdır ki, enerji istifadəsinin tənzimlənməsi süni zəka tərəfindən icra edilən smartfonda, 3300 mAh tutumlu batareya quraşdırılmışdır.