"Metropolitan Opera" koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu


Dünya 20 Mar 2020 09:44:00 131 0

"Metropolitan Opera" koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu

"Metropolitan Opera" teatrı yeni növ koronavirus pandemiyası səbəbindən cari mövsümünü vaxtından əvvəl tamamladı.

Son.az Trend-ə istinadən bildirir ki, rəhbərliyinin müvafiq bəyanatı teatrın saytında dərc edilib.

"Biz təəssüflə bildiririk ki, "Metropolitan Opera" 9 May 2020-ci ildə başa çatmalı 2019-2020 mövsümünün qalan hissəsini koronavirus pandemiyasına görə ləğv edib", - bəyanatda bildirilir.

"Metropolitan Opera"nın baş direktoru Piter Helb deyib: "İstər tamaşaçılar, istərsə də teatr rəhbərliyi üçün çətin olan bu qərarın qəbul edilməsi görünməmiş böhran fonunda qaçılmaz idi". Qeyd edilir ki, teatrın gözlənilməz xərcləri təxminən 60 milyon dollar təşkil edib. Artıq "Metropolitan Opera" rəhbərliyi artistlərə, orkestrin musiqiçilərinə və səhnə işçilərinə əmək haqqının ödənilməsini dayandırıb.