Çində gün ərzində yeni növ koronavirusa 39 nəfər yoluxub


Dünya 20 Mar 2020 09:39:00 151 0

Çində gün ərzində yeni növ koronavirusa 39 nəfər yoluxub

Çində yeni növ koronavirusun qurbanlarının sayı son gün ərzində 3, yoluxanların sayı isə 39 nəfər artıb, 730 nəfər sağalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Bildirilir ki, epidemiyanın mərkəzi sayılan Uxan şəhərində yeni yoluxma halı qeydə alınmayıb. Ölkədə ümumilikdə yoluxanların sayı 80,9 minə çatıb və onların 71 mindən çoxu sağalıb, 3248 nəfəri dünyasını dəyişib.