Birinci vitseprezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib FOTO


Siyasət 20 Mar 2020 09:15:00 134 0

Birinci vitseprezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Son.az bildirir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər! ⠀ Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram! ⠀ Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!"