Litva koronavirusla mübarizə üçün 30,6 milyon avro vəsait ayırıb


Dünya 20 Mar 2020 09:20:00 106 0

Litva koronavirusla mübarizə üçün 30,6 milyon avro vəsait ayırıb

Litva hökuməti koronavirusla mübarizə üçün ölkənin Səhiyyə Nazirliyinə 30 milyon 560 min avro vəsait ayırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ayrılan məbləğin 14 milyonu ağ ciyərlərin süni havalandırılması üçün avadanlığın alınmasına, 16 milyon 560 min avro isə tibb işçilərinin koronavirusa qarşı vasitələrlə təmin olunmasına xərclənəcək.

Qeyd edək ki, son məlumatlara əsasən ölkədə koronavirusa 36 yoluxma halı qeydə alınıb.