Yaxın günlərdə Gürcüstanda koronavirusa yoluxma hallarının daha çox artacağı gözlənilir


Dünya 20 Mar 2020 08:56:00 137 0

Yaxın günlərdə Gürcüstanda koronavirusa yoluxma hallarının daha çox artacağı gözlənilir

"Bu həftənin sonundan etibarən Gürcüstanda koronavirusa yoluxma hallarının 4-5 qat artacağı gözlənilir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

Onun sözlərinə görə, bu həftənin sonunda və yaxud da gələn həftənin əvvəllərində ölkə ərazisində koronavirusa yoluxma hallarının daha da artacağı gözlənilir.

"Biz ölkədə koronavirusa yoluxma halının 4-5 qat artacağını gözləyirik. Epidemiya genişlənəcək. Bizim başlıca vəzifəmiz epidemiyanın artmasını minimuma endirməkdir", - deyə Qakrelidze vurğulayıb.