Cənubi Koreyada 8 652 nəfər koronavirusa yoluxdu
Dünya 20 Mar 2020 08:40:00 144 0
Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına yoluxanların sayı 87 nəfər olub.
Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına yoluxanların sayı 87 nəfər olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısını Almaq Mərkəzi (KCDC) məlumat yayıb.
Bununla da koronavirusa yoluxanların sayı 8 652 nəfərə çatıb, artıq 94 nəfər həyatını itirib. Müalicə edilən 286 nəfər sağalıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, martın 22-dən etibarən Cənubi Koreya Avropa ölkələrindən gələn bütün ziyarətçilərdən virus müayinəsi və iki həftə karantində qalmağıtələb edəcək.
Cənubi Koreyaya uzun müddətli yaşamaq üçün gələn xarici vətəndaşlar koronavirus testi mənfi nəticə göstərsə belə, iki həftə evdə özlərini təcrid etmək məcburiyyətində qalacaqlar.