İş və pensiya düzəldəcəyi vədi ilə 30 nəfəri aldatdı - MƏHKƏMƏ


Sosial 19 Mar 2020 11:10:33 123 0

İş və pensiya düzəldəcəyi vədi ilə 30 nəfəri aldatdı - MƏHKƏMƏ

Qubada vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəsrulla Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Qubada vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəsrulla Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim Rahim Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, N.Sultanov vətəndaşları dələduzluq yolu ilə aldadaraq, zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəməkdə ittiham edilir.

Quba rayon sakini 41 yaşlı N.Sultanov ötən ilin oktyabr ayında Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində 18 vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Aparılan istintaq zamanı zərəçəkmişlərin sayının cəmi 30 nəfər olduğu müəyyən edilib.

N.Sultanova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.