AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb


Sosial 19 Mar 2020 10:54:53 157 0

AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb

"Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur"

"Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova bildirib.

O qeyd edib ki, koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır:

"Azərbaycanda ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən hakimiyyət strukturlarını, cəmiyyəti və resursları toparlamaqla vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində dünyanı cənginə almış yeni koronavirusun ölkədə yayılması buxovlanmış, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülmüş, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilmişdir. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənmiş və xalqın sağlamlığının keşiyinə səfərbər edilmişdir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər".