Qadınsansa, “Yarat. Reallaşdır. Təsir et”!


Digərləri 19 Mar 2020 11:00:00 132 0

Qadınsansa, “Yarat. Reallaşdır. Təsir et”!

18-24 yaş arasında olan xanımlara Always brendi və Wowoman Azerbaijan yeni bir şans verir. Mayın 15-17-də gənc xanımlar üçün keçiriləcək 3 günlük bootcamp-təlimə iştirakçı yığımı başlanır. Bootcamp-Təlimin iştirakçıları öz ideyalarını əvvəl layihəyə, daha sonra isə həyata çevirmək imkanı qazanacaqlar.

Procter&Gamble şirkətinə aid məşhur qadın gigiyena brendi Always Azərbaycanda həyata keçirdiyi sosial məsuliyyət kampaniyaları sırasında Wowoman Azerbaijan ilə tərəfdaşlığı davam edir.

1999-cu ildən bəri 500 mindən artıq yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə etmiş maarifləndirici proqramdan əlavə, Always qadınların səlahiyyətləndirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edir. Özünə partnyor kimi Wowoman Azerbaijan  təşkilatını seçən marka bu qadın inkişaf platformasının keçirdiyi təlim və proqramlar vasitəsilə qadınların bilik və bacarıqlarının artırılmasını, biznes ideyalarının həyata keçirilməsini dəstəkləyir.

"Məhsullarımız xüsusilə qadınların məişət işlərindəki problemləri çözməklə, sərf etdikləri enerji və vaxta qənaət etməyə, onların özlərinə əminliyinin artmasına xidmət edir. Onların özgüvənini daha da gücləndirmək üçün bilik və bacarıqlarının artırılmasına, ayaqları üzərində sərbəst durmaq üçün çalışmalarına dəstək olmaq Procter&Gamble-in cinslərin bərabərliyi üzrə fəaliyyətinin əsas istiqamətlərindəndir" - şirkətin Bakı ofisinin rəhbəri Değer Kurtaslanoğlu Wowoman platforması ilə həyata keçirilən fəaliyyətləri belə şərh edib.   

"Yarat. Reallaşdır. Təsir et" məqsədli bootcamp-təlimdə keçirilən 3 günlük intensiv proqram gənc xanımlara öz ideyaları üzərində işləməyə, fasilitator və mentorların dəstəyi ilə onları dərhal həyata keçirməyə imkan verir. Proqram Stanford Universitetinin "Dizayn Düşüncə" metodu və MIT Universitetinin Qlobal Sahibkarlıq proqramına əsaslanır.

Təlim zamanı iştirakçılar komanda formalaşdırır və proqramın 3-cü günündə münsiflər heyətinə təqdim ediləcək təhsil, səhiyyə və ya sosial mövzulu layihə üzrəində intensiv şəkildə işləyirlər. Jürinin qərarı ilə 1, 2 və 3-cü yer olmaqla 3 qalib seçiləcək. Qalib komandalar həyata keçirmək istədikləri layihələr üçün müvafiq olaraq 1000, 500 və 250 AZN məbləğində pul mükafatı əldə edəcəklər.

Təlimdə iştirak üçün müraciətlər aprelin 5-dək qəbul edilir. İştirakçılar qeydiyyat ərəfəsində seçiləcəkdir. Qeydiyyat üçün linkə daxil olmaq lazımdır.