Dünyada koronavirusa yoluxanların sayı 200 mini ötüb


Dünya 18 Mar 2020 23:05:00 133 0

Dünyada koronavirusa yoluxanların sayı 200 mini ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 200 min nəfəri ötüb.

Trend-in "TASS"a istiandən verdiyi məlumata görə, bu barədə bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinq zamanı deyib.

T.Gebreyesus bildirib: "ÜST-ə 200 mindən artıq yoluxma, 8 mindən artıq ölüm halı barədə məlumat daxil olub".

Virusa qarşı vasitələrin hazırlanmasından danışan T.Gebreyesus bildirib ki, ÜST tərəfdaşları ilə birgə "bir çox ölkədə" müalicə metodlarının araşdırılmasını təşkil edir: "Bu böyük beynəlxalq araşdırma, hansı müalicənin daha effektiv olduğunu göstərən zəruri və etibarlı məlumatları əldə etməyə yönəlib. Biz bu araşdırmanı "Solidarity" adlandırdıq".