Ölüm ayağında olan koronavirus xəstələrinin son istəkləri...


Dünya 18 Mar 2020 23:00:00 146 0

Ölüm ayağında olan koronavirus xəstələrinin son istəkləri...

Böyük bir tragediya yaşanır ölkəmizdə... Yaşlı xəstələr ölmədən əvvəl ağlayaraq bizə yalvarırlar. Ən yaxınları ilə vidalaşmaq istəyirlər... Təkbaşına ölmək istəmirlər... Yaxınları ilə kamera vasitəsilə vidalaşırlar... Ölmədən əvvəl şüurlarını itirmirlər... Komaya girmirlər... Can çəkirlər...Boğulurlar...

Hər şeyi dərk edirlər...

Adətən, ər-arvad eyni gündə ölürlər. Uşaqları, nəvələri uzaqdadır.

Bu xəstəlik qripdən çox-çox daha ağır keçir. İnanın, çox-çox daha fərqlidir. Lütfən, ona qrip deməyin. Əlaqəsi yoxdur. Xəstələr ən az 7-10 gün evdə qalır. Kiməsə yoluxdurmaq istəmirlər.

Temperaturları çox yüksəkdir. Ağırlaşanda gəlirlər, çünki artıq dayana bilmirlər boğulma hissinə...

Nəfəs ala bilmirlər... Oksigenə ehtiyacları var...

Bu virus üçün dərmanlar çox azdır. Biz sadəcə yardım etməyə çalışırıq. Amma hər şey xəstədən asılıdır...

Erkən ya da gec xəstəxanaya gəlmələri heç nəyi dəyişdirmir... Son eyni sondur. Yaşlılar tab gətirə bilmirlər.

Tibb bacılarından gözlərindən yaş axır. Hamısını xilas edə bilmirik. Görürük. Vital funksiyaları aşağı olanların sonu bəllidir... Cihazlar yalan danışmır...

Çox təcili yeni yataqlara ehtiyacımız var.

Ağırlaşanların sayı çoxdur. Xəstəxanalara axın-axın gəlirlər. Ən ağır xəstələrin adları qırmızı rənglə yazılır. Ki, artıq başqa bir rəng yoxdur!

Hər kəsə eyni prosedurlar tətbiq edilir. Xəstəlik eynidir. Diffuziyalı, ikitərəfli sətləcəm...

Lütfən, söyləyin, hansı qrip bu tragediyaya səbəb ola bilər?

Qrip bu qədər yoluxucu deyil. Və nadir halda sətəlcəmə çevrilə bilər. Bu virus isə çox fərqlidir.

İnanılmaz yoluxucu və inanılmaz ağır keçir bir qrup üçün. Gənc insanlarda bəsit qrip kimi keçən xəstəlik yaşlılarda dəyişir.

Ölkəmizdə yaşlı insanlar çoxdur və 65 yaşdan yuxarı, demək olar ki, hamısının xroniki xəstəliyi var.

Şəkər, yüksək təzyiq. Təəssüf ki, ağır xəstə olan gənclər də var. Onları görsəniz, gənc olduğunuza da sevinmə səbəbiniz qalmaz.

Xəstəxanada artıq cərrah, ortopediya mütəxəssisi, qadın doğuş, göz və ya cildləyici artıq yoxdur. Hamısı koronavirus savaşçısı olub.

Xəstələr saatbasaat çoxalır.

Analiz nəticələri ard-arda gəlir...

Pozitiv.

Pozitiv.

Pozitiv.

Bütün xəstələrin sənədlərinin üzərində eyni simptomlar yazılıb.

Qızdırma. Tənəffüs çatışmazlığı. Öskürək. Boğulma hissi.

Çoxu reanimasiyadadır.

Bəziləri çətinliklə nəfəs alır. Oksigen maskalarının altında belə...

Bəziləri artıq almır...

Reanimasiya otaqları doludur. Yeniləri açılıb.

Oksigen maskaları qızıldan dəyərli olub.

Artıq xəstəxanalarda əməliyyatlar olunmur.