ATƏT regiondakı monitorinqləri dayandırır


Siyasət 18 Mar 2020 22:37:00 130 0

ATƏT regiondakı monitorinqləri dayandırır

ATƏT regiondakı monitorinqləri dayandırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında deyilir.

Bəyanatda deyilir: "Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm".