Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 104 nəfərə çatıb


Dünya 18 Mar 2020 22:28:00 144 0

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 104 nəfərə çatıb

Böyük Britaniyada COVİD--19 koronavirusundan ölənlərin sayı 104 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildiriblər.

Daha əvvəl nazirlikdən bildirilib ki, ümumilkdə ölkə ərazisində 2626 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib.