103 yaşlı xəstə KORONAVİRUSA QALİB GƏLDİ


Digərləri 18 Mar 2020 22:12:00 135 0

103 yaşlı xəstə KORONAVİRUSA QALİB GƏLDİ

İranın Simnan əyalətində 103 yaşlı xəstə koronavirusdan sağalıb.

Son.az xəbər verir ki, İranın Simnan Universitetinin Tibb Fakültəsinin həkimi Nevid Danayi, 103 yaşlı qadının koronavirus diaqnozu ilə müalicə olunduğunu və xəstəxanadan evə buraxıldığını açıqlayıb.

"Təxminən bir həftə əvvəl, xəstə kornanavirus diaqnozu ilə Simnanın Kevser Xəstəxanasına yerləşdirilib",- deyə o, bildirib.

Qeyd edək ki,  İranda Səhiyyə Nazirliyinin açıqlamasına görə, indiyə qədər COVİD-19 virusuna 16 min 169 nəfər yoluxub, 1178 nəfər isə vəfat edib. Bu virusdan sağalanlar isə 5389 nəfərdir. (ölkə.az)