Narkotik satan Bakı sakini saxlanıldı


Digərləri 18 Mar 2020 21:14:00 134 0

Narkotik satan Bakı sakini saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə,Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Bakıxanov dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.