Azərbaycan musiqi tarixinin korifeyi


Kriminal 18 Mar 2020 21:17:00 69 0

Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 41 il ötür.

1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük həriflərlə yazdırmağı bacarıb.

"Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski", - deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi əslində Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.

Narkotik satan Bakı sakini saxlanıldı like
  • 18 Mar 21:14  
Digərləri Narkotik satan Bakı sakini saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər saki

arrow Ətraflı
Ermənilərin törətdiyi vəhşiliklərə aid yeni sənədli film hazırlandı  VİDEO like
  • 18 Mar 21:10  
Digərləri Ermənilərin törətdiyi vəhşiliklərə aid yeni sənədli film hazırlandı VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti yeni sənədli fil

arrow Ətraflı
Azərbaycanda qızıl bahalaşdı, like
  • 18 Mar 21:07  
Digərləri Azərbaycanda qızıl bahalaşdı,

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

arrow Ətraflı
Azərbaycanda gəmilər dezinfeksiya edildi like
  • 18 Mar 21:04  
Digərləri Azərbaycanda gəmilər dezinfeksiya edildi

Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayıl

arrow Ətraflı
Cibuti də koronavirusa yoluxdu like
  • 18 Mar 20:59  
Dünya Cibuti də koronavirusa yoluxdu

Cibutidə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

arrow Ətraflı
“Çukur”un çəkilişləri dayandırıldı like
  • 18 Mar 20:54  
Digərləri “Çukur”un çəkilişləri dayandırıldı

Türkiyənin maraqla izlənilən serialı "Çukur"un çəkilişləri d

arrow Ətraflı
İranda koronavirusa yoluxma artım tempi üzərindədir like
  • 18 Mar 20:49  
Dünya İranda koronavirusa yoluxma artım tempi üzərindədir

"İranda yeni koronavirusa (COVID-19) yoluxma artım tempi üzərindədir&q

arrow Ətraflı
Nüşabə qızının toy vaxtını açıqladı like
  • 18 Mar 20:44  
Şou-biznes Nüşabə qızının toy vaxtını açıqladı

Əməkdar artist Nüşabə Əlsəgərli qızı Nigarın toy vaxtını açıqlay

arrow Ətraflı
Azərbaycan 171 vətəndaşını Rusiyadan gətirdi like
  • 18 Mar 20:35  
Siyasət Azərbaycan 171 vətəndaşını Rusiyadan gətirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlar

arrow Ətraflı
İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur like
  • 18 Mar 20:34  
Dünya İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur

İranda hәr 1 saatda 43 nәfәr yeni koronavirusa (COVID-19) yoluxur.

arrow Ətraflı
Lənkəranda 3 ədəd mina tapıldı like
  • 18 Mar 20:29  
Digərləri Lənkəranda 3 ədəd mina tapıldı

2020-ci il 18 Mart tarixində saat 09:59-da Dövlət Sərhəd Xidmətindən Agen

arrow Ətraflı
Yaponiyada koronavirusa təkraryoluxma qeydə alınıb like
  • 18 Mar 20:24  
Dünya Yaponiyada koronavirusa təkraryoluxma qeydə alınıb

Yaponiya sakini təkrar koronavirusa yoluxub.

arrow Ətraflı
"Ramalla barışdım, Rəhimlə isə..." like
  • 18 Mar 20:19  
Şou-biznes "Ramalla barışdım, Rəhimlə isə..."

Müğənni Niyam Salami küsülü olduğu və barışdığı həmkarlarından da

arrow Ətraflı
Portuqaliyada koronavirusa daha 194 nəfər yoluxdu like
  • 18 Mar 20:12  
Dünya Portuqaliyada koronavirusa daha 194 nəfər yoluxdu

Bir müddət əvvəl 448 nəfərin yoluxduğu barədə məlumat yayılmışdı.

arrow Ətraflı
Rusiyada məhkəmədə kişi arvadını öldürdü like
  • 18 Mar 20:09  
Dünya Rusiyada məhkəmədə kişi arvadını öldürdü

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə zalında qətl hadisəsi baş ver

arrow Ətraflı