İranda koronavirusa yoluxma artım tempi üzərindədir


Dünya 18 Mar 2020 20:49:00 131 0

İranda koronavirusa yoluxma artım tempi üzərindədir

"İranda yeni koronavirusa (COVID-19) yoluxma artım tempi üzərindədir".

Mili.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tibb Təşkilatının sədri Məhəmməd Rza Zəfərqəndi deyib. 

M.Zəfərqəndinin sözlərinə görə, 26 martadək izolyasiya etmək və mənzildən çıxmamaq planı təxminən 15-20% artarsa, virusun yayılma artımı azala bilər. Bu baş verməzsə, xəstəlik hətta 2 ay və ya daha çox davam edə bilər.

Zəfərqəndi əlavə edib ki, İranda yoluxma halı ilə bağlı real statistika Səhiyyə Nazirliyinin elan etdiyi statistikadan qat-qat çoxdur. Bu təbii haldır. Çünki nazirlik Ümumdünya Səhiyyə Təşkilatının protokolları və analizləri yoxlanan xəstələrin qeydə alınmasına əsasən statistikanı elan edir.

"Halbuki bir çoxu özünü izolyasiya edib, bir çoxu da analiz verməyib", - deyə o qeyd edib.