Rusiyada məhkəmədə kişi arvadını öldürdü


Dünya 18 Mar 2020 20:09:00 158 0

Rusiyada məhkəmədə kişi arvadını öldürdü

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə zalında qətl hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, arvadını döyməkdə təqsirli bilinən şəxs və həyat yoldaşının məhkəmə prosesində qətl törədilib.

Təqsirləndirilən bıçaq çıxararaq 27 yaşlı arvadını öldürüb, eyni zamanda qadını müdafiə etmək istəyən məhkəmə müvəkkilini yaralayıb.

Mərhumun 3 uşaq anası olduğu bildirilir. Onun ən kiçik övladı ötən il dünyaya gəlib.

Hadisə yerindən qaçan cinayətkar anasının evində tapılaraq tutulub.