Samsung QDrive: yüksək texnologiyalarının köməyi ilə təmiz və sürətli təmizləmə


Digərləri 18 Mar 2020 10:00:00 151 0

Samsung QDrive: yüksək texnologiyalarının köməyi ilə təmiz və sürətli təmizləmə

Paltar yumada tamamilə yeni bir dövr elan edən Add Wash texnologiyasını dünyaya təqdim etdikdən sonra, Samsung minimum səylə daha keyfiyyətli yuma prosesini təmin etmək üçün məhsullarını təkmilləşdirməyə davam etdi. Bir neçə il sonra şirkət mühəndisləri bu istiqamətdə yeni bir irəliləyiş əldə edərək dünyaya QuickDrive™ adlanan texnologiyanı tanıtdılar. Yeni texnologiya mükəmməl yuma nəticələrini qoruyub saxlayaraq, yuyulma müddətini 2 dəfə, enerji sərfiyyatını isə 20% azaldır. QuickDrive ™ texnologiyasının əsasını paltaryuyan maşınının eyni anda iki vektor üzrə hərəkət edən xüsusi barabanı təşkil edir. Belə ki, burada konstruksiyanın arxa divarı əsas barabandan asılı olmayaraq fırlanır. Sözü gedən bu yenilik, yuyucu məhlulun dinamikasını bir neçə dəfə artıraraq, daha sürətli və effektiv yuma prosesini təmin edir. Buna misal olaraq, əgər əvvəllər "Pambıq" yuma rejimi 131 dəqiqə tələb etdirdisə, QuickDrive™ texnologiyası ilə cəmi 66 dəqiqə davam edir, həmçinin indi "Qənaətli yuma" rejimi - 115 dəqiqədən, 58 dəqiqəyə qədər, "Sürətli yuma" proqramının işləmə vaxtı isə 59 dəqiqədən 39 dəqiqəyə qədər azalıb. 

  Yuma vaxtının azaldılmasına baxmayaraq, sözügedən paltaryuyan maşınlarının təchiz olunduğu Eco Bubble və Bubble Soak sayəsində nəticələr dəyişməz olaraq qalır. Belə ki, burada birinci halda yuyucu maddəni suda həll edib, oksigenlə zənginləşdirərək aktiv köpük istehsal edən xüsusi generatordan bəhs edilirsə, ikinci halda bu köpük ilə parçaları əsalı şəkildə hopduran texnologiya nəzərdə tutulur. Beləliklə, Eco Bubble™ hətta soyuq suda belə, aktiv köpüyün köməyi ilə qüsursuz nəticəyə zəmanət verir və elektrik enerjisinə qənaət edir. Bubble Soak - "İntensiv islatma" isə sadəcə bir düyməni basmaqla hətta ən çətin çıxan ləkələri belə, təmiz və incə şəkildə yumağa imkan yaradır. Belə ki, paltarlar, yuyucu məhlulda əsaslı şəkildə isladılaraq, köpüyün parça liflərinə dərindən nüfuz etməsini təmin edir və ləkəri daxildən təmizləyir.  

  Bundan əlavə, paltaryuyan maşın "Buxarla yuma" proqramı ilə təchiz edilmişdir. Beləliklə, QuickDrive™ paltarlarınızın həm ideal təmizliyini, həm də tam dezinfeksiyasını təmin edir. Digər paltaryuyanlarda olduğu kimi burada buxar yuxarıdan aşağıya doğru deyil, barabanın aşağı hissəsindən yuxarısına doğru püskürdüldüyündən paltarlara tam şəkildə nüfuz edir. Qeyd edilən, buxarla dərin təmizləmə 99,9% bakteriyaları aradan qaldırmağa və allergenləri neytrallaşdırmağa imkan yaradır.