İtaliyada bir gündə 345 nəfər koronavirusdan öldü


Dünya 18 Mar 2020 09:52:00 162 0

İtaliyada bir gündə 345 nəfər koronavirusdan öldü

Son bir gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 345 nəfər olub.

Son.az baku.ws-ə istinadla xəbər verir ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,503 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı isə 2941 nəfər təşkil edir. 

Son rəqəmlərə əsasən hazırda ölkədə virusa yoluxanların ümumi sayı 31506 nəfərdir.