Beşinci uşağa hamilə olan arvadına 19 bıçaq vurub - MƏHKƏMƏ


Sosial 18 Mar 2020 09:40:24 125 0

Beşinci uşağa hamilə olan arvadına 19 bıçaq vurub -  MƏHKƏMƏ

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qayınatası Mirverdi Məmmədovun evində cinayət törədən 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.

Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.