Bakıda qadına qarşı soyğunçuluq edildi


Sosial 18 Mar 2020 09:41:55 106 0

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bakıda soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə martın 17-si saat 22:15 radələrində Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1975-ci il təvəllüdlü T.Gərayovanın əlindən içərisində 104 manat, mobil telefon qulaqcıq və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şaiq Həsənov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.