Teledərslərin yayımı müvəqqəti dayandırılacaq


Digərləri 18 Mar 2020 09:47:00 136 0

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" proqramının yayımı müvəqqəti dayandırılacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar martın 11-dən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.